Dərs üçün lazım olan şəkillər

Dərs üçün lazım olan şəkillər
Yeni iliniz mübarək!

пятница, 19 декабря 2014 г.

Əkiz ədədlər.

Fərqləri ikiyə bərabər olan iki sadə ədədə əkiz ədədlər deyilir.Məsələn, 11 və 13, 17 və 19, 29 və 31 ədədləri əkiz ədədlərdir.Əkiz ədədləri qonşuluğunun qarşılıqlı olduğu baxımından bu tərifi dəqiqləşdirib belə deyirlər:  |p-q|=2 şərtini ödəyən  p və q sadə ədədlərinə əkiz ədədlər deyilir. Xüsusi halda burada söhbət natural ədədlər ardıcıllığında 2 və 3-dən başqa bir-birinə ən yaxın sadə ədədlərdən gedir. Məsələn, ən kiçik əkiz ədədlər 11 və 13-dürsə, daha böyük 10016957 və 10016959 əkiz ədədləri  üçün |p-q|=2 şərtini asanlıqla yoxlamaq olar.Hesablanmışdır ki, 30 000 000-a qədər ədədlər içərisində 152892  cüt əkiz ədəd var.İngilis riyaziyyatçısı Qleşer bilavasitə hesablama yolu ilə aşkar edib ki, 1 ədədi ilə 100000 arasında 1125 cüt, 1000000 ilə 1100000 arasında 725 cüt, lakin 8000000 ilə 8100000 arasında 518 cüt ədəd var. Buradan aydın görünür ki, natural ədədlər ardıcıllığında bunların böyümə səmti ilə harakət etdikcə əkiz ədədlərin sayı azalır.Bu azalma davam etməsini, sonlu və ya sonsuz olduğunu hələ heç kim bilmir.

Hazırda iki yox hətta, bir-birinə lap yaxın dörd sadə ədədlərdən də söhbət gedir, yəni elə A, B, C və D ədədləridir ki, bu dördlüyü Əkiz dördlük adlandırırlar. Bu ədədlər  A=n-4, B=n-2, C=n+2, D=n+4. İlk əkiz dördlük 5, 7, 11, 13. B.A.Qolubev tərəfindən (1959) hesablanır ki, 1-dən  1000000-a qədər natural ədədlər içərisində 899 dənə, 1-dən 15000000-a qədər ədədlər içərisində isə 1209 əkiz dördlük vardır. Ən böyük əkiz dördlük A.Ferye tərəfindən tapılmışdır: 2863308731, 2863308733, 2863308737, 2863308739.


Комментариев нет:

Отправить комментарий